Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2021
10:31
DYP-dən vətəndaşlara MÜRACİƏT

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsi yol-nəqliyyat hadisələri ilə bağlı ictimaiyyətə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər ərzində paytaxt ərazisində xeyli işlər görülsə də, yol-nəqliyyat hadisələrinin statistikası üzərində aparılan təhlillər onu göstərir ki, vəziyyət ürəkaçan deyil:

“Hətta olduqca ciddidir. Belə ki, 2021-ci ilin doqquz ayı üzrə paytaxt ərazisində qeydə alınan 354 yol-nəqliyyat hadisəsində 145 nəfər həlak olub, 284 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunan ümumi hadisələrin 57,1 faizi isə məhz piyada vurma hallarıdır. Yəni paytaxt yollarında həlak olanların 93 nəfəri, xəsarət alanların isə 115 nəfəri piyadadır. Piyada vurma halı üzrə 24 fakt bilavasitə məhz piyadanın yol hərəkəti qaydalarını pozduğuna görə baş verib. Piyada səhlənkarlığı və sürücü diqqətsizliyi hər il ağır yol-nəqliyyat hadisələrinin baş verməsi və insan ölümü ilə nəticələnir.

Aparılan nəzarət-profilaktik, eləcə də hərəkətin təhlükəsizliyinin təbliğinə yönəlmiş tədbirlərin daha səmərəli və təsiredici olması məqsədi ilə bütün kütləvi informasiya vasitələrinə, ictimai nüfuzlu şəxslərə, müxtəlif sosial şəbəkə platformasında aktiv olan vətəndaşlarımıza, blogerlərə, xüsusi ilə piyada təhlükəsizliyi ilə bağlı təbliğat işlərində bizə dəstək olmalarını, daha fərqli və təsiredici metodlarla cəmiyyətin hər bir üzvünün diqqətinin bu məsələlərə çəkməklə dəstək olmalarını xahiş edirik. Hər birimiz yol hərəkətinin iştikaçısıyıq. Yol hərəkəti təhlükəsizliyinin təminatı aidiyyəti qurumların fəaliyyət istiqaməti olmaqla yanaşı, cəmiyyətin bütün üzvlərinin həyatının bir hissəsidir”.

“Gəlin, bir-birimizə qarşı laqeyd olmayaq, yol hərəkəti təhlükəsizliyi marafonuna qoşulaq! Bütün gücümüzü səfərbər etməklə həmrəylik nümayiş etdirək. Dövlət Yol Polisi hərəkətin təhlükəsizliyinə dair istənilən təbliğat-təşviqat xarakterli təşəbbüsü öz səlahiyyətləri və imkanları çərçivəsində dəstəkləyir və bu sahədə ictimai məsuliyyət hissinin formalaşdırılmasına töhfə vermək istəyən hər bir şəxsə tam dəstəyini verməyə hazırdı”, - deyə o vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tibbi maska istehsalı 83% artıb

19

Oktyabr
12:23
İQTİSADİYYAT
110

Sahibə Qafarova sabah Yunanıstana gedəcək

19

Oktyabr
11:15
SİYASƏT
205

Neft yenidən bahalaşıb

19

Oktyabr
09:43
İQTİSADİYYAT
210

AMB-nin valyuta məzənnələri

19

Oktyabr
09:14
İQTİSADİYYAT
205

Maduro İrana gedir

18

Oktyabr
14:22
DÜNYA
348

Sabah dağlıq ərazilərə qar yağacaq

18

Oktyabr
12:46
ÖLKƏ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2021 13:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru