Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Fevral

2020
11:02
DTX-nin əməliyyatı ilə saxlanılan icra başçısının biznes şəbəkəsi - VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçalanın icra başçısı (artıq sabiq icra başçısı) İsmayıl Vəliyev rayonda böyük biznes qurub.

Bu barədə Oxu.Az DTX-nin Neftçlada vəzifəli şəxslərin tutulması görüntülərini əks etdirən əməliyyat çəkilişlərinə istinadən xəbər verir.

Belə ki, Neftçalanın Qoltuq qəsəbəsindəki Eynullayev küçəsindəki təsərrüfatın İsmayıl Vəliyevə məxsus olduğu bildirilir.

Bundan başqa, DTX-nin əməliyyat çəkilişlərində Neftçaladakı böyük bazarın və beton zavodunun da İsmayıl Vəliyevə məxsus olduğu bildirilir.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.

İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə maddələri ilə təqsirli bilinirlər.

Məqalədə : DTX İsmayıl Vəliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3887

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2801

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 15:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru