Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2020
12:32
DSX və Hərbi Prokurorluq birgə məlumat yayıb

Dövlət Sərhəd Xidmə­ti və Respublika Hərbi Prokurorluğunun birgə tədbirlər planına uyğun olaraq dövlət sərhədinin etibarlı mühafizəsi, hərbi intizamın, qanunçuluğun və hüquq qay­da­­­larının möhkəmlən­dirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu barədə Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətləri birgə məlumat yayıb. 

Bu tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Azad Ələkbərovun və Azərbaycan Respublikası Hərbi prokurorunun müavini ədliyyə general mayoru Rasim Kazımovun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinin şəxsi heyəti ilə görüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş məntəqələrində xidmət aparan sərhədçilərlə görüşlər zamanı onların xidməti və yaşayış şə­raitləri öyrənilib, hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda düşmənə nifrət hissinin aşılanması, hüquq qay­da­­­larının və hərbi intizamın möhkəmlən­dirilməsi, cinayət hadisələrinin qarşısının alınması üzrə profilaktik işin aparılması istiqamətində müvafiq tövsiyələr verilib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın rifahının hərtərəfli yaxşılaşdırılmasından, respublikamızda mövcud olan əmin-amanlığın və ictimai-siyasi sabitliyin davamlılığından qürur hissi ilə bəhs edilib. 

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının zabitləri, sərhəd komendantları və sərhəd zastavalarının rəisləri ilə mü­şavirə keçirilib, dövlət sərhədinin toxunulmazlığının, şəxsi heyətin təhlü­kəsizliyinin təmin edilməsi, cinayət və hadisələrin qarşısının alınması, sərhədçilərin döyüş ruhunun daha da yük­səldilməsi istiqamətində zəruri tapşırıqlar verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.(report)

Məqalədə : DSX Hərbi Prokurorluq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
116

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
115

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
105

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
140

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
165

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
145

Avropa Super Liqası ləğv edildi

21

Aprel
10:09
DÜNYA
366

Rəsmi Bakı Ermənistan XİN-ə cavab verdi

21

Aprel
09:58
SİYASƏT
447

Bayden ABŞ-da 51-ci ştat yaradır

21

Aprel
09:44
DÜNYA
381

Neft yenidən ucuzlaşıb

21

Aprel
09:22
İQTİSADİYYAT
325

AMB-nin valyuta məzənnələri

21

Aprel
09:09
İQTİSADİYYAT
355

Ramazan ayının 8-ci gününün duası - AUDİO

20

Aprel
20:30
MƏNƏVİYYAT
219
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-04-2021 15:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru