Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
12:40
2084
Dondurma alarkən nəyə diqqət edək: QİYMƏTLƏR

Havaların istiləşməsi ilə əlaqədar ölkədə dondurma satışları da canlanıb. Hazırda satışda həm yerli, həm də xarici istehsal dordurmalara rast gəlmək mümkündür. Bəs görəsən insanlar dondurma alarkən nələrə diqqət etməlidir? Azərbaycanda dondurmalarla bağlı hansı keyfiyyət və təhlükəsizlik problemləri mövcuddur? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə dondurmalarla bağlı hər gün Azad İstehlakçılar Birliyinə telefon zəngləri daxil olur: "Əhali dondurmanın keyfiyyətindən, boğaza acılıq verməsindən şikayət edir. AQTA hələ ki, dondurmaların mənşəyi, dondurma üçün istifadə olunan südün və digər inqridentlərin keyfiyyətinə tam şəkildə nəzarət edə bilmir. 2011-ci ildə ABŞ-ın USAİD agentliyi bizə müraciət etdi və biz “Azad İstehlakçıların Qida Təhlükəsizliyi Nişanı”nı təsis etdik. Bu nişan Azərbaycanda fəaliyyət göstərən 20 dondurma istehsalçısından cəmi birinə şamil edilib. Nişanın mənası odur ki, həmin şirkətdə daim ictimai monitorinq keçirilir. Digər müəssisələrdə isə bizim monitorinq keçirməyimiz üçün şərait yaradılmayıb".

Ekspert əlavə edib ki, standartlara görə dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qarışdırmaq olar: "Əgər dondurma boğaza acılıq verərsə, deməli onun tərkibinə kərə yağı əvəzinə marqarin və ya bitki yağları qarışdırılıb. Dondurma əslində təzə qaymaq dadı verməlidir".

E.Hüseynovun sözlərinə görə, açıq dondurma satışında böyük problem yaşanır. Belə ki, açıq dondurmaların üzərində etiket olmadığına görə istehsal tarixi bilinmir.

Mağazalarda həm ucuz, həm də baha qiymətə dondurmalar satılır. Bəzən ucuz qiymətə olan keyfiyyətli dondurmalara rast gəlmək olur. Bununla belə, insanlar giləmeyvəli, xüsusən çiyələkli dondurmalar alarkən diqqətli olmalıdırlar. Çiyələkli dondurmalardan ciddi zəhərlənmələr ola bilər. Ümumiyyətlə, dondurmanı bir dəfəyə 200-300 qramdan artıq yemək məsləhət görülmür. İnsanlar dondurma alarkən yerli məhsullara üstünlük versələr daha yaxşı olar. Çünki yerli məhsullar sağlamlıq baxımından daha təhlükəsizdir.

Bəs görəsən mağazalarımızda dondurmanın qiyməti neçəyədir?

Bununla bağlı paytaxtda yeləşən bir neçə iri mağazalar şəbəkəsində bəzi dondurma çeşidlərinin qiymətlərini araşdırılıb.

Araşdırmaya əsasən, paytaxt mağazalarında "A Klass" dondurmalarının qiyməti 0,44 AZN-dən başlayır. Belə ki,

"A Klass plombir" 0,44 AZN,

"A Klass plombir vanilli" 0,51 AZN,

"A Klass eskimo" 0,67 AZN,

"A Klass Park Bulvar eskimo" 0,74 AZN",

"A Klass Dəniz fənəri 500 qr" 3,57 AZN,

"A Klass Park Bulvar 500 qr" 4,31 AZN-dir.

"İceland" dondurmalarını isə 0,64 manatdan başlayan qiymətlərl almaq mümkündür. Mağazalarda

"İceland eskimo"0,79 manata,

"İceland plombir" 0,64 manata,

"Iceland Delissimo 500 qr " 3,97 manata,

"İceland Delissimo şokaladlı 1kq" 7,48 manata satılır.

"Milla" dondurma şirkətinə məxsus

"Milla vanilli" 0,76 manat,

"Mila eskimo" 1 manat,

"Mila fındıqlı" 1 manat,

"Milla vanil 1850 qr" isə 10,76 manatdır.

"Millenium" dondurmalarının qiyməti isə 0,38 AZN-dən başlayır.

"Millenium Plombir" 0,38 AZN,

"Millenium Kornet İçəri Şəhər 85 qr" 1 AZN,

"Millenium plombir 15% 100 qr" 1,24 AZN,

"Millennium 500 qr" 4,11 AZN-ə təklif olunur.

Dondurmalarla bağlı AQTA-dan bildirildi ki, saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir:

"Dondurma istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, sabitləşdiricilər və s. istifadə olunur. Kənar təsirlərə -istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır. Dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.

Dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmalıdır. Eyni zamanda məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir.

Keyfiyyətli dondurmanın tərkibində inqridiyentlər mümkün qədər az və 40% süd olmalıdır.

Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz. Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır. Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır".

Həmçinin qeyd edilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir: "Bütün qida məhsulları kimi dondurmalar da risk əsaslı nəzarətə cəlb edilir. Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bakı şəhəri də daxil olmaqla, Respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür".

Son olaraq agentlik əlavə edib ki, əgər vətəndaşların dondurmalar ilə bağlı hər hansı narahatlığı olarsa bu barədə konkret faktlarla Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat verə bilərlər./Finans.az

Məqalədə : dondurma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1701

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1007

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2153

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2789

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
121

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
824

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4153

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
101
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 23:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru