Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Mart

2021
09:28
Dünya liderləri pandemiyaya qarşı beynəlxalq müqavilə imzalayacaq

Dünyanın bir sıra ölkələrinin, hökumətlərin və beynəlxalq təşkilatların 20-dən çox lideri pandemiya ilə mübarizə aparmaq üçün yaxın gələcəkdə beynəlxalq müqavilə imzalamaq ideyasını dəstəkləyiblər.

Bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti xəbər verib.

Qeyd edilir ki, bununla bağlı təşəbbüsü dəstəkləyənlər arasında Fransa prezidenti Emmanuel Makron, Britaniyanın baş naziri Boris Conson, Almaniya kansleri Angela Merkel, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus və digərləri var.

Tərəflər ölkələrin pandemiyaya əvvəlcədən hazırlıq və mübarizə üçün birlikdə çalışmalı olduğuna əminliklərini ifadə etdilər.

“Bu yeni kollektiv öhdəlik pandemiyanın ən yüksək səviyyədə həll edilməsi yolunda mühüm mərhələ olacaq”, - deyə nəşr qeyd edib.

Həmçinin bildirilir ki, müqavilə məlumat mübadiləsi, araşdırma, xəbərdarlıq sistemlərinin keyfiyyətinin yüksəldilməsi, habelə səhiyyə və əhalinin sağlamlığı sahəsində tədbirlərin görülməsi, eləcə də yayılması üçün beynəlxalq əməkdaşlığın intensivləşdirilməsini əhatə edəcək.

Məqalədə : pandemiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 1-ci gününün duası - AUDİO

13

Aprel
20:00
MƏNƏVİYYAT
180

Ramazan ayının 4 adı

13

Aprel
18:00
MƏNƏVİYYAT
190

Robert Koçaryan koronavirusa yoluxub

13

Aprel
15:54
DÜNYA
206

Bitkoin qiyməti rekordlar qırır

13

Aprel
15:27
BÖLMƏNİ DÜZ SEÇ!
276

RAMAZAN yağışında islana biləcəyikmi?

13

Aprel
15:10
MƏNƏVİYYAT
215

Sabah hava küləkli olacaq

13

Aprel
14:18
ÖLKƏ
268

Zərif Lavrova təşəkkür etdi

13

Aprel
12:16
DÜNYA
445

Azərbaycan nefti bahalaşıb

13

Aprel
10:29
İQTİSADİYYAT
380
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-04-2021 00:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru