Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
11:32
Dünya Bankının regional direktoru Bakıya gəlib

Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molineus Azərbaycana gəlib.

Səfər sentyabrın 27-dək davam edəcək.

Məlumata görə, S.Molineus səfər zamanı Azərbaycan İqtisadiyyat, Maliyyə nazirliklərində, Maliyyə Bazarlarına Nəzarət Palatasında və hökumətin iqtisadi blokuna daxil olan digər qurumlarda görüşlər keçirəcək. S.Molineus sentyabrın 26-da Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşkilatçılığı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə Bakıda keçiriləcək “Təsirli investisiyalar: institusional investorlar üçün imkanlar və çağırışlar” (Impact Investing: Opportunities and Challenges for institutional investors) adlanan konfransda iştirak edəcək.

Xatırladaq ki, yeni regional direktor öz vəzifəsinin icrasına bu il iyulun 1-dən başlayıb. Regional direktor DB-nin Cənubi Qafqaz üzrə regional ofisinin yerləşdiyi Tbilisi şəhərində fəaliyyət göstərir.

Milliyətcə alman olan S.Molineus Dünya Bankı qrupuna 2002-ci ildə qoşulub. O, Beynəlxalq Maliyyə Korporasiyası və DB-də müxtəlif vəzifələrdə çalışıb.

Xatırladaq ki, DB-nin Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Mersi Tembon olub. O, 2015-ci ilin sentyabrından 2019-cu ilin iyun ayına qədər bu vəzifəni tutub və bundan sonra öz fəaliyyətini Banqladeşdə davam etdirəcək.(Report)

Məqalədə : Dünya Bankı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43184

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41493

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43068

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42572

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48089

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42606

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42984
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-09-2020 08:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru