Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Avqust

2019
14:03
DİN vətəndaşlara müraciət edib

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi www.mia.gov.az saytında istifadəyə verilmiş xüsusi interaktiv pəncərə vasitəsilə vətəndaşlar adlarının mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, bunun üçün mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub həmin elektron xidmət (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçilməli və açılan pəncərənin qrafalarına müvafiq şəxsi məlumatlar doldurulub təsdiq edilməlidir.

İnteraktiv pəncərədə axtarış iki variantda - soyad, ad, ata adı və doğum tarixi qeyd edilməklə və ya şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi göstərilməklə aparılmalıdır. Daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki variant üzrə axtarış aparmaq tövsiyə olunur.

Əgər şəxs axtarışdadırsa qırmızı rəngdə “Diqqət, siz borclu kimi axtarışdasınız!” xəbərdarlığı ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən müraciət etməli olduğu polis orqanı göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır. Şəxs axtarışa elan edilməyibsə ekranın aşağı hissəsində yaşıl rəngdə “Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur” informasiyası verilir.

Məqalədə : DİN 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7861

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6649

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8279

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8134

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11912

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7898
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 11:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru