Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2020
15:58
DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib:

"Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət etmiş və ondan məntəqəni tərk etməsini tələb etmişlər. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərmişdir. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.

Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisə növbədənkənar seçkilər zamanı polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür". 

Məqalədə : DİN seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
282

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
274

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
230

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
331
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-02-2020 00:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru