Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
22:17
318
DİN Bakıda şirkətin gözətçisinin qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bakıda şirkət gözətçisinin ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər iki şəxs saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1063

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
311

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
346
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru