Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2019
10:42
1491
DİN: Polislərə cinayət işi açılmayıb

"Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil".

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O bildirib ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.

Sonradan vəkilə qarşı zorakılğa yol verdiyinə görə, polis əməkdaşları işdən çıxarılıb.

Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Həmçinin sosial şəbəkədə şöbənin əməkdaşları barədə cinayət işinin başlanması barədə də məlumat yayılmışdı. 

Məqalədə : polis 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İsmayıllıda meşə yanır - FOTO

26

Avqust
11:17
HÜQUQ,HADİSƏ
114

Bakının iki qəsəbəsində su olmayacaq

26

Avqust
10:43
ÖLKƏ
135

Xarici valyutaların manata qarşı məzənnələri

26

Avqust
09:52
İQTİSADİYYAT
119

Neft ucuzlaşdı, qaz bahlaşdı

26

Avqust
09:04
İQTİSADİYYAT
145

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 13:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru