Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2021
10:49
DİN-dən açıq havada maska taxmaqla bağlı əhaliyə MÜRACİƏT

Azərbaycanda yaxın zamanlarda açıq havada maskadan istifadənin ləğv olunacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bununla bağlı ötən gün TƏBİB-in Departament müdiri Yaqut Qarayeva danışıb.

O əlavə edib ki, bununla bağlı qaydalar hazırlanır və yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, açıq havada maska istifadəsinin ləğvi ilə bağlı rəsmi qərar olmasa da, bəzi vətəndaşlar bunu artıq qadağanın aradan götürülməsi kimi başa düşüb. Nəticədə bu gündən etibarən müxtəlif küçə və prospektlərdə vətəndaşların maskadan istifadə etməməsi halları müşahidə olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, bununla bağlı Nazirlər Kabinetinin rəsmi qərarı olmalıdır:

"Müvafiq qərar çıxana qədər açıq havada maska ilə bağlı qadağa qüvvədədir. Buna görə heç bir vətəndaş maskadan imtina hallarına yol verməməlidir. Açıq havada və qapalı məkanlarda maskadan istifadə olunmalıdır ki, bu da vətəndaşların sağlamlığının qorunması məqsədi daşıyır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
56

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
421

Livanlı terrorçuya hökm oxundu

14

İyun
11:22
HÜQUQ,HADİSƏ
417

Neft yenidən bahalaşıb

14

İyun
09:32
İQTİSADİYYAT
411

AMB-nin valyuta məzənnələri

14

İyun
09:20
İQTİSADİYYAT
461

Bu gün məktəblərdə "Son zəng" keçiriləcək

14

İyun
09:11
ELM / TƏHSİL
609
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 14:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru