Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
09:35
862
DİM Rusiya ali məktəblərinə tələbə qəbulu elan edib

Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyasında 2, onun Sankt-Peterburq və Rostov filiallarının hər birində 1 nəfər olmaqla “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 3, 4 iyun tarixlərində mərkəzdə təşkil edilən Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. 

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

1. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini və surətini (2019-cu ilin məzunları I yarım il üzrə qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

2. Şəxsiyyət vəsiqəsi;

3. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsi.

Müsabiqədə iştirak etmək hüququna 2019-cu ildə qəbul imtahanını rus dilində verən:

2019-ci il iyulun 10-dək 19 yaşı tamam olmayan;

buraxılış imtahanında (qəbul imtahanının 1-ci mərhələsində) hər fənn üzrə nisbi balı 50 və daha yuxarı olan;

II və III ixtisas qrupları üzrə qəbul imtahanı verənlərin tarix fənni üzrə nisbi balı 50 və daha yuxarı olan;

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı verənlərin attestatında ümumi tarix fənni üzrə yekun illik (cari ilin məzunlarının birinci yarım il üzrə ) qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Ərizə qəbulunda iştirak edən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan Akademiyaya təqdim olunacaqdır.

Abituriyentlər Sənəd Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyəti təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi;

2. Təhsil haqqında sənədin əsli və notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi;

3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən göndəriş;

4. 3x4 ölçülü parıltısız şəkil.

Daha sonra abituriyentlər Akademiyada ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə yazılı imtahan verəcəklər.

Nəqliyyat və yaşayış xərcləri abituriyentlərin özləri tərəfindən ödənilir. Qəbul imtahanı müddətində abituriyent və onların valideynləri təhsil müəssisəsinin yataqxanasında 500 rubl ödəniş etməklə qala bilərlər.

Məqalədə : tələbə qəbulu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1695

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1003

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2149

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2778

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
115

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
817

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4147

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
97
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 23:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru