Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 İyun

2019
10:00
1479
DİM dövlət orqanlarına qəbulla bağlı ümumi müsahibə elan edir

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, iyunun 12-də Dövlət İmtahan Mərkəzi tərəfindən 2 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə orqanında olmaqla elana çıxarılan vəzifələrin 12-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 2-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyində Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri vəzifəsidir. Ümumilikdə isə, Kənd Təsərrüfatı Nazirliyində 13 vəzifə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.

Namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 12 iyun tarixindən 12 iyul saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

Həmçinin dövlət qulluğunun B növünə (inzibati icraçı) aid vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib. DİM inzibati dövlət qulluğu vəzifələrinin 5-7-ci təsnifatı üzrə B növünə aid olan ümumilikdə 8 dövlət orqanında 103 vakant vəzifənin  tutlması üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

Müsahibədə iştirak üçün namizədlər 12 iyul 2019-cu il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Məqalədə : DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
204

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
934

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
152

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
302

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
175

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
227
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 02:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru