Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
11:40
DİM dərsliklərin monitorinqlərinin nəticələrini açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) dərsliklərin və qiymətləndirmə materiallarının monitorinqinin nəticələrini açıqlayıb.

DİM-in illik hesabatında qeyd edilib ki, müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla şöbə tərəfindən 5-11-ci sinif dərslikləri əsasında 110 “Qiymətləndirmə tapşırıqları” kitabçası (Azərbaycan və rus dillərində), “Kimya”, “Riyaziyyat”, “Fizika”, “Coğrafiya”, “Tarix”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Rus dili”, “Literatura”, “İngilis dili”, “Fransız dili”, “Alman dili”, “Rus dili (xarici dil kimi)”, “Azərbaycan dili (dövlət dili”) vəsaitləri, “İngilis dili lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” yenidən hazırlanıb. Siniflər üzrə “Qiymətləndirmə tapşırıqları” kitabçalarında verilmiş materiallardan şagirdlər yeni tipli tapşırıqlarla işləmək bacarıqlarına yiyələnmək, müəllimlər isə məktəbdaxili (diaqnostik, formativ və summativ) qiymətləndirmə aparmaq üçün istifadə edə bilərlər. DİM tərəfindən müvafiq fənn kurikulumlarının təlim nəticələri nəzərə alınmaqla, ümumtəhsil məktəblərin 1-4-cü sinifləri üçün qiymətləndirmə tapşırıqları kitabçaları hazırlanıb. Kitabçalardakı tapşırıq variantlarından məktəbdaxili qiymətləndirmədə istifadə edilə bilər.

İl ərzində Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil məktəblərinin 1, 4, 7 və 8-ci sinifləri üçün hazırlanmış 57 dərslik komplektinin (dərslik və müəllim üçün metodik vəsait) nəşrəqədərki layihələrinin (Azərbaycan və rus bölmələri üzrə birlikdə) elmi-metodiki monitorinqi və qiymətləndirilməsi aparılıb. Monitorinq və qiymətləndirmə Təhsil Nazirliyinin təsdiq etdiyi “Dərsliklərin qiymətləndirilməsi meyarları”na uyğun olaraq hər bir dərslik komplektinin layihəsinin fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu, məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, müəllim üçün metodik vəsaitin məzmunu baxımından aparılıb. Qiymətləndirmə nəticəsində hazırlanmış yekun rəylər Təhsil Nazirliyinə təqdim edilib. 3 Beynəlxalq Təlim və Layihə Mərkəzinin sifarişi əsasında 10-11-ci siniflər üçün hazırlanmış “İnformatika” dərslik komplektlərinin (2 komplekt (dərslik və müəllim üçün metodik vəsait)) də fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu, məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat, müəllim üçün metodik vəsaitin məzmunu baxımından monitorinqi və qiymətləndirilməsi aparılıb. Yekun rəylər Beynəlxalq Təlim və Layihə Mərkəzinə təqdim edilib.

Respublikanın ümumtəhsil məktəblərində 2019-cu ildə istifadədə olan 5-11-ci sinif dərsliklərinin elmi-metodiki monitorinqi aparılıb. Monitorinq nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, məzmun uyğunsuzluqları, tərcümə qüsurları müəyyənləşdirilib və bankın təkmilləşdirilməsində, imtahanların sual kitabçalarının formalaşdırılmasında xidməti istifadə üçün metodiki tövsiyələr hazırlanıb. Tövsiyələr kitabça şəklində nəşr edilərək müvafiq şöbələrə təqdim edilib.

Məqalədə : təhsil DİM 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
62326

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
60064

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61749

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
61387

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66866

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
61148

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
61357
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2021 20:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru