Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
14:01
1717
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 21-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

20-Cİ YOL - ARTIQ DÖVR DƏYİŞİB

21- ƏVVƏL GƏLƏCƏYİMİ TƏMİN ETMƏLİYƏM

Şeytanın insanları aldatmaq, onları müxtəlif vəsvəsə ilə səhv və bəhanələrə arxasınca aparmaq yollarından biri də heç şübhəsiz ki, insanların gələcək ilə bağlı narahatlıq və qayğılardır. Bu narahatlıqlara hələ anasının qarnında olan, dünyaya gəlməmiş uşağa peşə seçməklə başlayarıq. Seçilən işlər isə nə hikmətdirsə adətən çox pul qazanıb, rahat yaşaya biləcəyi peşələrdən olur.

Hələ kiçik yaşlardan etibarən bu gələcək qayğı və xofu ilə böyüyən uşaqların da bütün hədəfləri gələcəyini zəmanət altına almağa köklənir. Üstəlik, gələcəyi də zəmanət altında olmayan gələcəyin! Belə ki, çox insan qısa yolla hədəfinə çatmaq məntiqi ilə girir işin içinə. Quran ayələri də xəbərdarlıqlar edir bu barədə insanlara: “Şeytan (hər dəfə mallarınızı Allah yolunda xərclədiyiniz zaman) sizə yoxsulluq vəd edir və (xəsislik və sairə kimi) pis işləri əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanmaq və xeyir-bərəkət vədəsi verir.”  (Bəqərə, 268)

Amma əslində insanın lazımsız dünyəvi narahatlıqlarından ayılması, bir gün öləcəyi həqiqətini unutmaması, müvəqqəti olana deyil, qalıcı olana sərmayə qoyması, bir sözlə, daldığı dərin yuxudan oyanaraq Rəbbinin çağırışına qulaq verməsi lazımdır. İnsan öz düşündüyü kimi gələcəyini zəmanət altına aldığını güman etməkdənsə, nəfəs aldığı hər an Allaha möhtac olduğunu bilməlidir. “Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).” (Şura, 47)

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru