Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

07 Aprel

2017
16:04
979
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 20-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

19-CU YOL - ALLAHA ŞÜKÜR BİZ DƏ MÜSƏLMANIQ

20 - ARTIQ DÖVR DƏYİŞİB

İnsanların dinə baxışlarını müxtəlif formalarda qiymətləndirmək mümkündür. Ancaq münasibətlərdəki səmimiyyət dərəcəsini müəyyən etmək çox vaxt çətin olmur. Bəzi insan yerinə yetirmədiyi dini zərurətlərə görə utansa da, bəziləri bəhanələr gətirirlər. 

Bu bəhanələrdən yəqin ki, ən narahatedici və qeyri-səmimisi artıq dövrün dəyişdiyi və qədimdən müxtəlif səbəblərlə haram edilmiş, ya da edilməsi əmr olunmuş şeylərin artıq etibarlı olmadığı iddiasıdır.

İnsani qaydalar içində olduğumuz dövrün tələbləri əsasında formalaşır. Bu qaydalar təcrübə ilə dəyişikliyə uğraya, ya da tamamilə sıradan çıxıb, tarixə gömülə bilər. Ancaq ilahi qaydalar quruluşuna görə insani qaydalardan fərqlidirlər. Beləliklə, ilahi qanunlar baxımından dövrün dəyişməsi, ya da müsəlmanın dövrünə uyğun hərəkət etməsi söhbət mövzusu deyil.

Bunu görmək üçün bəhanələrin və əsassız arqumentlərin arxasından çıxmaq, qərəzsiz və tərəfsiz baxışla Quranı oxuyub anlamaq lazımdır.

Məqalədə : özünü aldatmaq 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru