Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Mart

2017
16:32
2812
Dini məsələlərdə özünü aldatmağın 40 yolu - 18-Cİ YOL

İslam dininin buyurduqlarını yerinə yetirməmək üçün həm özümüzü, həm də ətrafımızı aldatmaq üçün ağlımız çatan hər cür hiyləgərliyə can atırıq. Amma Allahın açıq-aydın əmr və dəlilləri qarşısında kor, kar və dilsizik. Allahın bütün xəbərdarlıqlarına baxmayaraq, şeytanın yolu ilə gedirik. İnsan olaraq bizi Yaradana özümüzü bəyəndirmək əvəzinə, Allahdan başqa hər kəsə özümüzü bəyəndirmək dalıyca düşmüşük. 

18- BU QƏDƏR HƏSSAS OLMA

Quranda tərif edilən nümunəvi inanclı olmağa çalışanda da inanclı insanlardan müxtəlif reaksiyalar görə bilərsiniz. Sanki siz namaz qılıb, oruc tutmala oğurluq edirsiniz. "İndiki zamanda", - deyə başlayan cümlələr var ki, heç zaman bitmir. "Bu qədər həssas olma ", "İmkanları qiymətləndir", "Dünyanı sənmi xilas edəcəksən?", "Vaxt puldur" kimi saysız-hesabsız qəlib cümlələrlə əslində bəzi insanlar sizin zəmanəyə uyğunlaşmadığınızı demək istəyirlər.

Bəzi insanlar hiss etmir, amma insanın etdiyi hər şey qeydiyyata düşür. Və zərrə qədər, hətta bundan belə daha kiçik olan hər şey Qiyamət günü insanın qarşısına gətiriləcək. “Hər hansı halda və işdə olsan, Onun tərəfindən Qurandan hər hansı bir hissəni oxusan və (boynunda ilahi vəzifə olan siz bəndələr) hər nə iş görsəniz, ona məşğul olduğunuz zaman Biz orada hazır və sizə şahidik. Və nə yerdə və nə göydə zərrə ağırlığı qədər də bir şey sənin Rəbbin(in zat, qüdrət və elminin əhatəsin)dən gizli deyildir. Və ondan (zərrədən) nə kiçik və nə böyük bir şey yoxdur ki, aşkar kitabda (əşyaların həqiqətlərinin əks olunduğu və Allah dərgahına yaxın olanların gözləri önündə aşkar olan bir lövhədə) qeyd edilməmiş olsun.” (“Yunus” surəsi, 61)

Mühüm olan insanın özünü aldatmağı bir kənara qoyaraq, həm dünyası, həm də axirəti üçün xeyirli olacaq şeylərə qarşı diqqətli olması və şeytanın tələlərinə düşməkdən qorunmaq üçün daim Allaha pənah aparmasıdır. Əks halda, bütün həyatı boyu Allahın xəbərdarlıqlarından daha ciddi nəyinsə olmadığını başa düşəcəyi Qiyamət günündə heç bir bəhanə insanın işinə yaramayacaq. 

Dini məsələlərdə özünü aldatmağın 40 yolu
1-ci YOL 2-ci YOL 3-cü YOL 4-cü YOL
5-ci YOL 6-cı YOL 7-ci YOL 8-ci YOL
9-cu YOL 10-cu YOL 11-ci YOL 12-ci YOL
13-cü YOL 14-cü YOL 15-ci YOL 16-cı YOL
17-ci YOL 18-ci YOL 19-cu YOL 20-ci YOL
21-ci YOL 22-ci YOL 23-cü YOL 24-cü YOL
25-ci YOL 26-cı YOL 27-ci YOL 28-ci YOL
29-cu YOL 30-cu YOL 31-ci YOL 32-ci YOL
33-cü YOL 34-cü YOL 35-ci YOL 36-cı YOL
37-ci YOL 38-ci YOL 39-cu YOL 40-cı YOL

Məqalədə : 40 yol 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-05-2018 18:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status