Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
10:03
Deputatlığa namizədlər üçün son gün

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti başa çatır.

 Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, sənədlər namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış, yəni 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-nu saat 18:00-dək təqdim edilməlidir.

Bundan əlavə yanvarın 10-da səsvermə protokollarının hazırlanması müddəti başa çatır. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən geci 30 gün qalanadək, yəni yanvarın 10-dək hazırlanmalıdır.

Yanvarın 10-da həmçinin seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının löhvələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi müddəti başa çatır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61102

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58849

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60542

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60172

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65720

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59995

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60157
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-01-2021 13:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru