Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2019
16:20
1142
Daşınmaz əmlakın qeydiyyatı sadələşdirilməlidir - Kərəm Həsənov

Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsindən Faktxeber.com-a verilən məlumata görə, bu barədə Komitə tərəfindən 2019-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən geniş müşavirədə Komitə sədri Kərəm Həsənov bildirib.

O qeyd edib ki, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində operativ fəaliyyət göstərilməlidir. Komitə sədri Milli Məkan Məlumatlarının formalaşdırılması ilə bağlı görülən işlərin sürətlənməsi tapşırığını verib.

K. Həsənov bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir: “Eyni zamanda, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin olunmalı, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil edilməli və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır”. 

Məqalədə : Kərəm Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
193

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
234

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1125

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
299
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 11:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru