Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2020
10:31
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Ermənistana cavab verib

“Bu günlərdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında danışıqlar baş tutdu. Görüşdən dərhal sonra Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan sülh prosesinə “Artsax xalqının seçilmiş nümayəndələrinin” cəlb edilə biləcəyi kimi təxribat xarakterli fikir səsləndirməklə, danışıqlara kölgə salmağa cəhd etdi”.

Bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamasını şərh edərkən bildirib. 

“Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan tərəfi aparılan danışıqların həssas məqamlarında bu cür təxribatçı metodlardan istifadə edərək münaqişənin sülh yolu ilə tənzimlənməsinə həmişə əngəllər yaradır. “Artsax xalqı” deyilən anlayış yoxdur, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan xalqının tərkib hissəsidir və Azərbaycan vətəndaşlarıdır.

Heç bir əsası olmayan “Artsax xalqı” anlayışına dəfələrlə aydınlıq gətirilsə də, Ermənistan hər dəfə bu məsələni gündəmə gətirməklə özünün qeyri-konstruktiv mövqeyini ortaya qoymuş olur və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməkdən də çəkinmir.

Ermənistanın hakim dairələrinə bu məsələdə ən tutarlı cavabı ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Soçi şəhərində “Valday” beynəlxalq klubunun sessiyasında verdi və bəyan etdi ki, “Dağlıq Qarabağ xalqı” məfhumu yoxdur, “Dağlıq Qarabağın əhalisi var”. 

Dağlıq Qarabağ əhalisinin bərabərhüquqlu azərbaycanlı və erməni icmalarından ibarət olmasına dair mövqenin ATƏT-in Minsk qrupunun həmsədrlərinin keçən il verdikləri bəyanatlarında və Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya son səfəri zamanı etdiyi açıqlamasında təkrarlandığının şahidi olduq. Bu məsələ 1992-ci ilin 24 mart tarixli ATƏT (o vaxtkı ATƏM) Helsinki Nazirlər Şurasının sənədində də təsbit olunub.

Ermənistanın rəsmi dairələrinin əsassız bəyanatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının qarşısını ala bilməyəcək. Biz öz torpaqlarımıza geri dönəcəyik, pozulmuş hüquqlarımızı və dağıdılmış mülklərimizi bərpa edəcəyik”, - icma rəhbəri vurğulayıb.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dövlət büdcəsində 418 milyon manat qalıq yaranıb

17

Fevral
18:12
İQTİSADİYYAT
259

Ədliyyə nazirindən yeni təyinat

17

Fevral
17:39
SİYASƏT
382

Fevralın 18-nə manatın məzənnəsi

17

Fevral
17:34
ÖLKƏ
221

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

17

Fevral
16:35
NƏQLİYYAT
291

MSK-nın iclası keçirilir - YENİLƏNİR

17

Fevral
16:27
SİYASƏT
1888

DSMF-də yeni idarələr yaradıldı

17

Fevral
15:44
ÖLKƏ
394

Vilayət Eyvazovdan yeni təyinat

17

Fevral
15:40
ÖLKƏ
332

13 bağ evini qarət edən şəxslər tutulub - FOTO

17

Fevral
14:58
HÜQUQ,HADİSƏ
332

8 yaşında qocalıqdan öldü

17

Fevral
13:39
MARAQLIDIR
373
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 02:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru