Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Avqust

2019
11:01
Daşkəsəndə görünməmiş vəhşilik - FOTO

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

Kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.   

Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır. 

Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların - leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu "canavar ovçusu"na kənddə "gözün üstə qaşın var" deyən yoxdur. "Bu oğlan kənddə "at oynadır". Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik", - deyə Xoşbulaq sakinlərindən biri deyib.

Qeyd edək ki, Daşkəsəndə olan turistlərdən biri sözügedən mənzərəni fotolentə alaraq redaksiyamıza göndərib.

Ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Daşkəsənin hüquq-mühafizə orqanları məsələylə bağlı hüquqi ölçü götürəcək və təbiət düşməni layiqli cəzasına çatdırılacaq. (modern.az)

Məqalədə : Daşkəsən 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
19872

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
18482

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
19822

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
19398

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
24941

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
19391

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
19536
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-08-2020 09:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru