Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 Aprel

2017
11:29
2217
Daim yorğun olmağınızın 8 səbəbi

Özünüzü daim yorğun hiss edirsiniz, yaxud günün ortasında enerjiniz bitir? FaktXeber.com bunun 8 səbəbi barədə məlumat verəcək.

Az yatmaq

Gecə yuxusu sadəcə istirahətinizi təmin etmir. Həmin vaxt  orqanizm yaxşı-pis xolestrolu tənzimləmək, əzələ və sümükləri gücləndirmək, vücudun yağları depolaması kimi önəmli işlər görür. Az yatmaq depresiyaya da gətirib çıxarır.

Ayaqüstü yemək 

Elmi araşdırmalara görə, fast-fud aludəçiliyi  bədəndəki prosesləri yavaşladır.

Kifayət qədər su içməmək

Su içməyin faydası çox vaxt lazımınca qiymətləndirilmir və səhv başa düşülür. Su nəinki suzuzluğu yatırmaq ücün və bədənin bir çox biokimyəvi prosesləri üçün vacib elementdir, həm də makro qidadır. Bu o deməkdir ki, gümrah qalmaqdan ötrü çoxlu su içmək lazımdır. Ancaq su içməkdə ifrata varmaq da lazım deyil. Şair demiş: Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da

B vitaminin çatışmazlığı

Orqanizmdəki  qlukozanın enerjiyə çevrilməsi üçün  B vitamininə ehtiyac var. Səhər-axşam qəbul edilən  B vitaminləri vücudu gümrah saxlamağa kömək edir. 

İnfeksiya

Xəbəriniz olmadan  mikroba yoluxmuş ola bilərsiniz. Əllərinizi tez-tez yumağı və şəxsi gijiyenaya diqqət etməyi unutmayın.

Hərəkətsizlik

Səhər idmanı, ya da qısa bir yürüş günə gümrah başlamağınıza yardımçı olar. Gün içində  hərəkətsiz qalmaq imunitetinizi və enerjinizi aşağı salır.

Hormonal problemlər

Yavaş işləyən  qalxanabənzər vəzi və adrenal vəzi  böyük bir enerji  itkinsinə səbəb olur. Buna görə həkimə  müraciət etməniz yaxşıdır.

İnsulin müqaviməti

Diabet xəstəliyinin  xəbərçisi də olan insulin müqaviməti güc itkisinə səbəb olur. Təməl olaraq  vücuddakı şəhərin enerjiyə çevrilməməsi halıdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru