Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2020
10:25
Daha istədiyiniz yerdə tikinti apara bilməyəcəksiniz: Torpaq sizin olsa da, sizin deyil.

Daha istədiyiniz yerdə tikinti apara bilməyəcəksiniz. Torpaq sizin olsa da, sizin deyil.

Ekspert qeyd edib ki, bu qaydalar icra edilməyə başladığı gündən etibarən daha heç kim istədiyi, aldığı ərazidə tikinti apara bilməyəcək.

Nazirlər Kabineti "Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"nda dəyişiklik edib.

FaktXəbər Sputnik-ə istinadən xəbər verir ki, müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

Bu qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir. Qaydaya əsasən, indiyə qədər müfəssəl planda tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər, mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər və ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər xüsusi qeyd olunmalı idi. Dəyişikliyə əsasən, bundan sonra müfəssəl planda həm də strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi xüsusi qeyd olunmalıdır.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Nazirlər Kabineti "Ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi Qaydası"nı hələ ötən il təsdiqləyib. Belə ki, qaydalara görə, bu nəzarətin əsas məqsədi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunda göstərilən fəaliyyətin həyata keçirilməsi zamanı ətraf mühitə və insan sağlamlığına mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, aradan qaldırılmasıdır.

"Strateji ekoloji qiymətləndirmə (SEQ) sahəsində nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir. SEQ sahəsində dövlət nəzarətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirəcək", – deyən Fərzəliyev vurğulayıb ki, SEQ sahəsində yoxlamalar 3-10 iş günü müddətində həyata keçirilir.

Ekspert həmçinin qeyd edib ki, bu qaydalar icra edilməyə başladığı gündən etibarən daha heç kim istədiyi, aldığı ərazidə tikinti apara bilməyəcək. Yəni hər bir ərazi qiymətləndiriləcək.

"Məsələn, daha sürüşmə zonalarında heç kim obyekt və ya ev tikə bilməyəcək. Eyni zamanda artıq mövcud olan obyektlərin də ƏMTQ (ətraf mühitə təsir qiymətləndirilməsi) və SEQ (strateji ekoloji təsiri ) müəyyən ediləcək, müvafiq tədbirlər görüləcək", – deyə ekspert vurğulayıb.

Məqalədə : tikinti 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48493

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46542

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48181

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47781

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53299

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47401

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47765
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-10-2020 18:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru