Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Sentyabr

2019
11:07
287
Daha iki gömrük məntəqəsi 24 saat çalışacaq - RƏSMİ

Respublika ərazisindən piyadaların, minik, yük nəqliyyat vasitələrinin, eləcə də sərnişin avtobuslarının müxtəlif istiqamətlər üzrə hərəkətinin həyata keçirildiyi əsas gömrük postlarının sutkalıq iş rejimində fəaliyyəti artıq təşkil edilib.

Bunu  Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib.

Onun sözlərinə görə, 24 saatlıq iş rejimində fəaliyyət göstərməyən gömrük postları Şimal Ərazi Baş Gömrük İdarəsinin tabeliyində “Şirvanlı” və “Zuxul”, Cənub Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Horadiz”, Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Muğanlı” və “Sadıxlı” gömrük postlarıdır: “Bütün gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etmək mümkündür və bunun üçün maddi texniki bazamız kifayət qədərdir. Lakin gömrük-sərhəd buraxılış məntəqəsinin sutkalıq iş rejimində fəaliyyətini təmin etmək müqabil ölkə ilə qarşılıqlı qaydada razılaşdırılmalıdır və sözsüz ki, bu işdə bir neçə amillər nəzərə alınmalıdır”.

Ş. Ələsgərov bildirib ki, bunlardan əsasları postun 24 saat fəaliyyət göstərməsində ehtiyyacın zəruriliyi, iqtisadi səmərəliliyi, qarşılıqlı infrastruktur imkanları və müqabil tərəflərin iradəsi və səyindən ibarətdir: “Qeyd etmək istərdim ki, bu yaxınlarda Rusiya Federasiyasının Şimal Qafqaz Gömrük İdarəsi ilə birgə əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Dərbənd şəhərində təşkil edilmiş görüşdə iştirak etdik və qeyd olunan görüşdə həmsərhəd ölkənin gömrük postlarından mallların və nəqliyyat vasitələrinin sürətli keçidi ilə əlaqədar fəaliyyətin koordinasiya edilməsi, eyni zamanda “Şirvanlı” və “Xanoba” gömrük-sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin buraxılış qabiliyyətinin artırılması üzrə müzakirələr aparılıb həmçinin bununla əlaqədar fəaliyyət planı da təsdiq olunma mərhələsindədir”.(report)

Məqalədə : gömrük 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1058

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
309

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru