Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyun

2019
15:36
1135
Daha 50 nəfər Qarabağ əlilinə avtomobil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Qarabağ müharibəsi əlilinə minik avtomobili təqdim edilib.

Faktxeber.com nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumat verir ki, avtomobillər Azərbaycanda istehsal olunmuş “Xəzər” markalı minik avtomobilləridir.

Avtomobillərin təqdim edilməsi tədbirində çıxış edən nazirliyin Aparatının rəhbəri Hidayət Abdullayev bildirib ki, 2018-ci ildə 265 müharibə əlili minik avtomobili ilə təmin edilib. Cari ildə isə həmin vətəndaşlara nəzərdə tutulduğundan (180 avtomobil) 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi nəzərdə tutulub ki, onlardan bu ilin ötən dövründə artıq 150 avtomobil verilib.

Bununla da indiyədək 6300-dək minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara təqdim edilib. 

Aparat rəhbəri 2018-ci ildə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə nəzərdə tutulduğundan 3 dəfədən çox olmaqla 626 mənzil, bu vaxtadək isə 6654 mənzil təqdim edildiyini, cari ildə bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzil veriləcəyini də deyib.

Məqalədə : neft 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
132

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
84

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
97

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
73

"Facebook"da yeni funksiya

21

Avqust
11:03
MARAQLIDIR
105
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 15:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru