Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2012
12:46
DÜNYADA ONUN QƏDƏR TİTULA SAHİB İKİNCİ İDMANÇI YOXDUR
Süleyman Məmmədli heç bir idmançının çata bilmədiyi zirvələri fəth edən, saysız-hesabsız titul və dərəcələri qazanmış, Şərq əlbəyaxa döyüş növləri ustasıdır

Əslən Tovuz rayonundan olan döyüş sənətləri və onların fəlsəfəsi üzrə professor, doktor, beynəlxalq dərəcəli təlimatçı və hakim (İTF, WTF, Çun Kun Do) olan Süleyman Məmmədli, sonuncu dəfə aprel ayında Avropa çempionatının 4 qızıl medalını da qazanıb. Türkiyənin Kəmər şəhərində keçirilən döyüş sənətləri üzrə Avropa çempionatında müxtəlif versiyalar üzrə 4 qızıl medala sahib çıxıb.

Ümumilikdə Süleyman Məmmədli kombat hapkido üzrə dünya çempionu (2004), taekvondo üzrə Dünya Kubokunun sahibi (2005), döyüş sənətləri üzrə Avropa çempionu (2006), dünya çempionu (2007, 2010), Tam kontakt üzrə dünya çempionu (2007), döyüş və kompleks üzrə dünya qızıl kubokunun ikiqat qalibi (2007), Mudo Dünya kubokunun ikiqat qalibi - Kompleks və döyüş (2008), döyüş sənətləri üzrə Avropa kubokunun qalibi (2009), hapkido üzrə dünya çempionatının müxtəlif növlər üzrə 1 qızıl və 2 gümüş medal sahibi (2010), BUDO Döyüş sənətləri üzrə Dünya çempionu (2011), Çin Döyüş sənətləri üzrə dünya çempionu (2011), Qarışıq Döyüş sənətləri "Fight Cup" çempionu (2011), Qarışıq döyüşlər üzrə Avropa çempionudur (2011).

Bir çox döyüş növlərini Azərbaycana məhz o gətirib. Belə ki, Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. yaradıcısıdır.

Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-masterdir.

Tae Kuk Mu Sul, Universal Combat MA və  Turan Do üzrə 10-cu dan qara kəmər ustasıdır.

Samir Əliyev

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Şərhlər
cahandar tərəfindən 29-06-2012 tarixində yazıldı
ALLAH xalqımıza qarşı çox mərhəmətlidir! Görün necə oğullar yetişdirir.Əfsuslar olsun ki,bu xalqdan kütləvi surətdə MANİSlar və daha necə çirkin kəslər yetişdirmək istəyənlər var. MAŞALLAH-MAŞALLAH SÜLÜYMAN USTA!ALLAH SƏNİ QORUSUN! ALLAH XALQIMIZI QORUSUN!ALLAH DÖVLƏTİMİZİ QORUSUN! AMİN!
raşad tərəfindən 23-04-2015 19:51:25 tarixində yazıldı
ayibdir!
Aye,gülmekden qarnim ağridi.Ayibdir axi.Bu ne biabirçiliqdir?Esl döyüş ustalari bu yazilari ve şekilleri görüb rişxendle gülmekden başqa bir şey etmir.Yeni,bütün titullari 50 yaşdan sonra qazanib?Adlari da maraqlidir haaa,Blendamed Do,Şalvar Do,Kartof Do.Ne ise.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-11-2018 08:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com