Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2021
17:33
COVID-19 pasportunu almaq üçün bir gündə 700 mindən çox sorğu göndərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi COVID-19 pasportunun əldə edilməsi ilə bağlı elektron xidmətin fəaliyyətinə dair açıqlama yayıb.

Agentlikdən verilən məlumata görə, COVID-19 pasportunun əldə edilməsi ilə bağlı son günlər vətəndaşların müraciətlərinin sayı çoxalıb.

Qeyd olunub ki, COVID-19 pasportunun əldə edilməsi üçün hər kəsin sistemə eyni anda daxil olması səbəbindən elektron xidmətdə bir qədər yüklənmələr müşahidə olunur: "Sözügedən sistemə gün ərzində yeddi yüz mindən artıq sorğu daxil olmaqdadır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən COVID-19 pasportunun vacib olduğu obyektlərlə bağlı bənd iyunun 10-dan, iş və xidmət sahələri ilə bağlı bənd isə iyulun 1-dən qüvvəyə minir.

Həmçinin vətəndaşların nəzərinə çatdıraq ki, “COVID-19 immunitet sertifikatı” son 6 ayda COVID-19 analiz nəticəsi pozitiv olmuş vətəndaşlara verilir. Lakin müşahidələr onu göstərir ki, son 6 (altı) ayda deyil, ümumiyyətlə pandemiyanın başlanmasından bu günə qədər olan dövrdə xəstəliyə yoluxmuş şəxslər “COVID-19 immunitet sertifikatı”nı yükləməyə çalışırlar.

Bir daha vurğulamaq istərdik ki, “COVID-19 vaksin sertifikatı”nı hər iki dozada vaksinasiya olunan, “COVID-19 immunitet sertifikatı”nı isə son 6 (altı) ayda COVID-19 analiz nəticəsi pozitiv olan şəxslər əldə edə bilərlər.

Qeyd edək ki, sözügedən sertifikatların daha rahat əldə edilməsi üçün elektron platformanın imkanlarının genişləndirilməsi istiqamətində hazırda təkmilləşdirmə işləri aparılır və qısa zaman ərzində yekunlaşması nəzərdə tutulur".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ABŞ Husilərin legitimliyini tanıdı

25

İyun
10:25
DÜNYA
645
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2021 17:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru