Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
15:29
248
Cənub Qaz Dəhlizinə xərclənən vəsait açıqlanıb

Bu ilin aprel ayının sonuna qədər Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinə tərəfdaşlarla birgə, təxminən, 33 mlrd. ABŞ dolları vəsait sərf olunub.

Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev Bakıda keçirilən 26-cı Xəzər Beynəlxalq Neft və Qaz konfransında məlumat verib.

Onun sözlərinə görə, ümumi dəyəri 21,9 mlrd. dollar təşkil edən "Şahdəniz -2" layihəsi üzrə aprelin sonuna 18,8 mlrd. dollar xərclənib. "Şahdəniz-2" üzrə ilk qazın alınması üçün işlər tam yekunlaşıb, ümumi işlər isə 92,6% yerinə yetirilib.

CQD-nin baş direktoru Cənubi Qafqaz Boru Kəməri üzrə xərclərin hesabat dövrünə 4,3 mlrd. dollar təşkil etdiyini, layihənin ümumi dəyərinin isə 4,5 mlrd. dollar olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə xərclərin həcmi aprelin sonuna 6,2 mlrd. dollar təşkil edib: "Layihənin ümumi dəyəri 7 mlrd. dollar təşkil edir. 2018-ci il iyunun 30-da TANAP-la Türkiyəyə ilk kommersiya qazı nəql olunmağa başlanıb. TANAP üzrə 99,6% işlər yekunlaşıb".

Ə.İsayev Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəməri (TAP) üzrə 3,6 mlrd. avro xərcləndiyini, layihənin ümumi dəyərinin isə 4,6 mlrd. avro olduğunu bildirib. 

Onun sözlərinə görə, bu layihə üzrə işlər 87,5% yekunlaşıb.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur. “Cənub Qaz Dəhlizi” QSC Azərbaycandan Avropaya təbii qazın çatdırılması üçün hazırda inşası davam edən, uzunluğu 3 500 km-dən artıq olan və Avropa İttifaqı tərəfindən dəstəklənən Cənub Qaz Dəhlizi beynəlxalq qaz layihəsində Azərbaycanın maraqlarını təmsil edən şirkətdir.(Report)

Məqalədə : Cənub Qaz Dəhlizi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1695

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1003

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2149

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2777

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
115

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
817

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4147

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
97
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 23:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru