Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2020
10:20
Cinayətlə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür

Vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təminatı üçün tərəfimizdən bütün zəruri tədbirlərin həyata keçirilməsi təmin olunur. Fəaliyyət sahəmizə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir".

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, vətəndaşların müraciət etməsi üçün DİN-in "102 Zəng Mərkəzi" daxil olmaqla, internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən geniş imkanlar yaradılıb:

"Müraciətin məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir. Vətəndaşları narahat edən hallar, xüsusilə qeyri-aşkar şəraitdə cinayətə meyilli şəxslərin əməlləri ilə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlar tətbiq olunmaqla yoxlanılır. Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir.

Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqedədir, cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, onun maraq və mənafelərinin mühafizəçisidir. Polis haqqında ictimai fikrə yönəldilən böhtan və yalanlar polisin fəaliyyətinə kölgə salmaqda aciz görünür. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz.

Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla, fəaliyyətini gündən-günə təkmilləşdirir, formalaşdırır. Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmır, fasiləsiz olaraq, vətəndaş maraqlarının keşiyindədir.

Qanunla dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var. Hər kəsin üzərinə vəzifələr yalnız Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir".

Məqalədə : Elşad Hacıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
568

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
457

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
700

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
548

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
470
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 21:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru