Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2021
15:08
Ceyhun Sultanovun evinə oğurluğa girənlər də “alpinist” imiş

Xəbər verdiyimiz kimi, dünən alpinist alətləri ilə binaların damından evlərə düşərək 2 milyonluq oğurluq edən şəxslər həbs olunub.

Əldə etdiyimiz məlumata görə, həmin şəxslərin oğurluq etdiyi evlərdən birinin də “Keşlə”nin idman direktoru Ceyhun Sultanova məxsus olduğu müəyyənləşib. 

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Sultanov hadisəni təsdiqləyib. Bildirib ki, mənzilindən qızıl-zinət əşyaları və kürklər oğurlanıb: 

“Bu gün məsələ ilə bağlı müstəntiqə yenidən ifadə vermişəm. Evimdən oğurluq edənlərin həmin şəxslər olduğu aydınlaşıb. Evdən qızıl-zinət əşyaları və şubalar oğurlanıb. Hansı məbləğdə ziyan dəydiyini açıqlamaq istəmirəm”. 

Oğrular Ceyhun Sultanovun 22 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evinə giriblər. 

Qeyd edək ki, oğurluq edilən evlərdən digəri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub. Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb. 

Xatırladaq ki, cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. Həbs edilən şəxslər alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq ediblər. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu il 15 minə yaxın şəxsə əlillik təyin edilib

18

İyun
14:57
İQTİSADİYYAT
145

Sabahın hava proqnozu AÇIQLANDI

18

İyun
14:13
ÖLKƏ
243

Azərbaycan nefti ucuzlaşıb

18

İyun
10:57
İQTİSADİYYAT
270

İranda prezident seçkiləri keçirilir

18

İyun
09:43
DÜNYA
255

Neftin ucuzlaşması davam edir

18

İyun
09:22
İQTİSADİYYAT
277

AMB-nin valyuta məzənnələri

18

İyun
09:11
İQTİSADİYYAT
455
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2021 20:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru