
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Ermənistan mediasında Bakıdan növbəti hərbi əsirlərin gətirilməsi iddiası yayıldı, lakin daha sonra təyyarənin içində Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovdan başqa heç kimin olmadığı məlum oldu.
Bu məqamda dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymin ilə görüşdən sonra keçirilən mətbuat konfransında rəsmi İrəvanın “hərbi əsirlər”lə bağlı iddiasının bir daha əsassız olduğunu açıqlayıb.
Nazir bəyan edib ki, hərbi əsirlər mövzusu artıq həllini tapıb və bu məsələ bağlanıb.
“10 noyabr bəyanatından sonra da Azərbaycan öz məsuliyyətli mövqeyini sərgilədi. Azərbaycan tərəfi 10 noyabrdan sonra Ermənistana 70-dən artıq hərbi əsir verdi, Ermənistan isə Azərbaycan tərəfinə 12-ə qədər hərbi əsir qaytarıb.
Hazırda Ermənistan tərəfindən qaldırılan məsələ 10 noyabrdan təqribən bir ay sonra yaranan bir məsələdir. Azərbaycan hərbi qüvvələri tərəfindən nəzarət olunan, 10 noyabr razılaşmasına əsasən Azərbaycanın nəzarətində olan ərazilərdə Ermənistan hərbçilərin yerləşdirilməsi, təxribatlar törədilməsi nəticəsində 4 nəfər Azərbaycan hərbçisi həlak olub, bir mülki şəxs yaralanıb”, - deyə XİN rəhbəri qeyd edib.
Nazir bildirib ki, Azərbaycan tərəfindən aparılan əməliyyat nəticəsində ermənilərin həmin qrupu zərərsizləşdirilib və 62 nəfər tutulub: “Aparılan istintaq nəticəsində həmin şəxslərin 26 noyabr tarixində Azərbaycan ərazilərində yerləşdirilməsi öz təsdiqini tapıb. Onlar demək olar ki, hamısı Ermənistanın Şirak vilayətindən olan insanlardır. Onlar cinayət törədib, Azərbaycan qanunlarına əsasən həmin insanlar cinayət əməli törədiblər.
Şəxsin hərbi əsir adlandırılması üçün hərbi əməliyyatlar olmalıdır, lakin bu olmadıqda onları terrorçu adlandırmaq olar. Azərbaycan bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb. Biz bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişdik, bu əməllərin regionda təhlükəsizliyə ciddi təhdid olduğunu və bununla bağlı Ermənistana ciddi təzyiq göstərilməsinin vacibliyini vurğulamışdıq. Ermənistan tərəfi indi bu kimi spekulyasiyalarla özünün üçtərəfli bəyanata zidd addımlarını gözlətmək istəyir”.
Qeyd edək ki, “hərbi əsirlər”in olduğu ehtimal edilən təyyarənin boş olması və Azərbaycan XİN rəhbərinin Bakıdakı çıxışı Ermənistanda etirazçıların narazılığını daha da artırıb. Belə ki, “Erebuni” aeroportuna toplaşanlar hökumətin növbəti yalan xəbəri ilə üzləşdikdən sonra itkin düşmüş hərbçilərin valideynlərinin aksiyasına qoşulmaq üçün Müdafiə Nazirliyinin binasına doğru istiqamət götürüblər. Onlar ölkənin müdafiə idarəsinin binasını mühasirəyə alıblar. Artıq 24 saatdır ki, binadakı insanlar oranı tərk edə bilmirlər.

Lavrov Aİ-nin İrana qarşı yeni sanksiyaları haqda: Cinayətdən betərdir
13
Aprel
İlham Əliyev Avro-2020-nin Bakıda keçirilməsi ilə əlaqədar sərəncam imzalayıb
13
Aprel
Peskov: “Rusiya və Azərbaycan hərbçiləri “İsgəndər” məsələsini sıx müzakirə edir”
13
Aprel
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib - VİDEO
13
Aprel
Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçi nə etməlidir? - AÇIQLAMA
13
Aprel02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qa
01-04-2021 11:12 Ceyhun Bayramov Moskvaya getdi
30-03-2021 17:34 Ceyhun Bayramov Əfqanıstan Prezidenti ilə görüşüb
30-03-2021 09:53 Ceyhun Bayramov iranlı həmkarı ilə görüşdü
29-03-2021 11:50 Ceyhun Bayramov Tacikistana getdi
12-06-2020 12:50 "Son zəng"i arzuladığımız kimi keçirə bilməməkdən məyusuq"
- 13-04-2021 14:00 Sülhməramlılar regiondan çıxandan sonra nə olacaq?
- 13-04-2021 12:31 "Putinlə "İsgəndər-M"lə bağlı məsələni müzakirə etmişik"
- 13-04-2021 10:16 İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edir - CANLI
- 12-04-2021 15:11 Balaxanı Sənaye Parkı ilə bağlı SƏRƏNCAM
- 12-04-2021 14:42 Lukaşenko Azərbaycana gəlir
- 12-04-2021 12:16 Prezident müxalifəti təmsil edən vitse-spikeri təltif etdi
- 09-04-2021 15:12 Prezident Ailə Məcəlləsində dəyişiklikləri təsdiqlədi – Yeni qaydalar
- 09-04-2021 14:44 BMT TŞ-da debatlarda Ermənistanın mina xəritələrini təqdim etməməsi məsələsi qaldırılıb
- 09-04-2021 12:05 İlham Əliyev Rusiya Federasiyasının baş prokurorunu qəbul etdi
- 09-04-2021 11:23 Ceyhun Bayramovun erməniləri təşvişə salan çıxışının - VİDEOSU
- 09-04-2021 09:56 BMT Baş Assambleyasının prezidenti Azərbaycanda
- 08-04-2021 15:30 BMT Baş Assambleyasının Prezidenti bu gün Azərbaycana gəlir
- 08-04-2021 11:51 İƏT XİN Şurası Azərbaycanla bağlı tədbirlər planı qəbul edəcək
- 08-04-2021 11:30 Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 06-04-2021 15:48 Prezident yeni qurum yaratdı – FƏRMAN
- 06-04-2021 15:30 İƏT-dən azad olunmuş ərazilərinin bərpasına kömək etməyə çağırışı - VİDEO
- 06-04-2021 10:48 Azərbaycanda iki MTN generalının həbsinin TƏFƏRRÜATI
- 05-04-2021 12:15 Fəxrəddin Altun Bakıya səfər edəcək
- 05-04-2021 10:53 Hikmət Hacıyev: "Ermənistan öhdəliklərini yerinə yerirməlidir"
- 03-04-2021 09:53 Ərdoğan Azərbaycana yeni səfir təyin etdi
- 02-04-2021 18:02 "Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana qaytarıb"
- 02-04-2021 14:58 Milli Məclisin sabiq deputatı həbs edildi
- 02-04-2021 12:35 İlham Əliyevdən günəş elektrik stansiyası ilə bağlı SƏRƏNCAM
- 02-04-2021 11:46 Suriya və İraqdakı azərbaycanlı uşaqların ölkəyə qaytarılması üçün tədbirlər görülür
- 02-04-2021 09:56 Vilayət Eyvazovdan yeni TƏYİNAT