Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2021
13:45
Ceyhun Bayramov Ermənistana səsləndi

“Cənubi Qafqazdakı cari vəziyyət yeni imkanlar, yeni təhlükəsizlik paradiqması yaradıb”.

Bbunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda keçirilən müzakirələrdə deyib.

O bildirib ki, regionda sülh və təhlükəsizlik hərtərəfli əməkdaşlıq platformasından asılıdır.

Nazir qeyd edib ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün praqmatik addımlar atıb.

C.Bayramov Bakının humanitar addımlarına diqqət çəkərək Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycan ərazisindən keçdiyini də xatırladıb.

Nazir onu da xatırladıb ki, Azərbaycan üzərindən Ermənistana Rusiya qazı ixrac olunub.

“Biz münasibətlərin normallaşmasından danışırıq, çünki artıq işğal faktı yoxdur. Biz təkliflərimizi veririk, lakin bu, qarşılıqlı olmalıdır”, - deyə C.Bayramov əlavə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft yenidən bahalaşıb

27

İyul
09:14
İQTİSADİYYAT
90

Azərbaycan ABŞ-a yeni səfir təyin edib

26

İyul
15:04
SİYASƏT
355

Sabahın hava proqnozu açıqlanıb

26

İyul
13:20
ÖLKƏ
359
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-07-2021 09:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru