Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Sentyabr

2021
09:31
Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşüb

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində 22 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

XİN-in Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycan ilə Avropa Şurası arasında 2022-ci il üzrə Fəaliyyət Planı, eləcə də regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov AŞ baş katibinə üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verərək, bu xüsusda Ermənistanın əsassız iddialarının bölgədə sülh quruculuğu ilə bağlı kövrək vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini vurğulayıb.

Mariya Peyçinoviç AŞ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Füzuli Hava Limanına beynəlxalq status verilib

16

Oktyabr
11:57
NƏQLİYYAT
451

Eldar Həsənov hospitala köçürüldü

15

Oktyabr
17:54
ÖLKƏ
593

Qarabağa ilk konteyner blok qatarı yola salınıb

15

Oktyabr
16:30
İQTİSADİYYAT
603

Yoluxanların sayı yenə artdı

15

Oktyabr
14:43
ÖLKƏ
639

Bu gün Hikmət Hacıyevin doğum günüdür

15

Oktyabr
13:12
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2021 12:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru