Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2019
12:51
Cavad Zərif: İngiltərənin hərəkəti iqtisadi terrorizmdir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İngiltərəni "iqtisadi terrorizm" də günahlandırıb.

FaktXəbər-in məlumatına görə, bu barədə o, bazar ertəsi Tehranda keçirdiyi mətbuat konfransında İran tankerinin Cəbəllütariq hakimiyyəti tərəfindən tutulması ilə bağlı hadisəni şərh edərkən bildirib.

"İngiltərə Birləşmiş Ştatların iqtisadi terrorizm sahəsində tərəfdaşıdır. Onlar belə bir siyasətin nəticələrinin olacağını bilməlidir", - deyə İSNA agentliyi sitat gətirib.

O əlavə edib ki, Tehran ona qarşı yönəlmiş "təcavüz aktlarını" görməzliyə vurmayacaq.

Cəbəllütariq hakimiyyəti (Böyük Britaniyanın dəniz ərazisi) iyulun 4-də Panama bayrağı altında üzən "Grace 1" tankerini sanksiyaları pozaraq İran neftinin Suriyaya daşımaqda şübhəli bilərək saxlayıb. Əməliyyatda İngilis Dəniz Qoşunlarının üzvləri iştirak edib. Cəbəllütariq nümayəndəsinin sözlərinə görə, tankerin göyərtəsində 28 ekipaj üzvü (Hindistan, Pakistan və Ukrayna vətəndaşı) olub. Buna cavab olaraq İngiltərənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb. İspaniya Xarici İşlər nazirinin səlahiyyətlərini icra edən Xosep Borrel bildirib ki, həbs ABŞ-ın tələbi ilə edilib. İran dəfələrlə buna qarşı çıxıb edib və əməliyyatı pirat aktı adlandırıb.

Məqalədə : Cavad Zərif 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
120

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
196

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
301

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 19:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru