Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
10:20
892
Cakarta qarşıdurma təşkilatçıları panika yaymaq üçün snayperlər cəlb edibmiş

İndoneziyanın paytaxtında qarşıdurmanın təşkilatçıları ölkədə qarışıqlıq yaratmaq üçün snayeperlər cəlb ediblərmiş. Bu yolla  onlar panika və hüquq mühafizəçilərə qarşı bir sıra provokasiyalar  yaratmaq istəyiblər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Kompas istintaq materiallarına istinadla xəbər verib.

Snayperlər dinc sakinlərə atəş açmalı imiş, sonra isə təşkilatçılar sosial şəbəkələrdə jguya güc strukturlarının əməkdaşları tərəfindən öldürülənlərin şəkillərini yerləşdirməli idi.

Bütün paylaşımlar baş verənlər barədə qeyri-rəsmi şərhlərlə müşaiyyət olunmalı idi.

Xatırladaq ki, ötən həftə İndoneziyanın paytaxtı Cakartada Mərkəzi Seçki Kormissiyası apreldə keçirilən seçkilərin nəticələrini elan etdikdən sonra iğtişaşlar yaranıb. Qarşıdurmalar nəticəsində 17 yaşlı qız da daxil olmaqla 6 nəfər həlak olub, 200-dən artıq insan isə yaralanmışdı.

Rəsmi məlumatlara görə, cari prezident Coko Vidodo özünün yeganə rəqibi Prabovo Subiantonu 10 faiz səslə qabaqlamışdı. Müxalifət  seçkilərin nəticələrini saxta adlandırıb, məğlub olan namizəd isə  Konstitusiya Məhkəməsinə müraciət edəcəyini vermə niyyətində olduğunu bildirib. Subianto iddia edib ki, səsvermə zamanı kütləvi qanun pozuntuları olub. Bundan sonra onun tərəfdarları küçələrə axışdı, nəticədə polislərlə qarşıdurma yarandı.

Daş və petarda atəşinə tutulan polislərin bundan başqa 10 avtomobili yandırılıb. Hüquq mühafizəçilər isə cavab olaraq gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Qarşıdurmalar zamanı 70 nəfər saxlanılmışdı.

Milli polisin rəisi Tito Karnaviani saxlanılanlardan müsadirə olunan silahları, o cümlədən səsboğucu və optik hədəf müəyyən etmə ilə təchiz olunmuş M-4 tüfəngini  jurnalistlərə nümayiş etmişdi.

Məqalədə : Cakarta İndoneziya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
29

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
50

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
111

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
142

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
154
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 13:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru