Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Aprel

2021
12:11
Bəzi bölgələrdən quş ətinin gətirilməsinə məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan FaktXəbər-ə verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının İvanovo vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Fransa Respublikasının Overn-Rona-Alplar inzibati ərazi vahidində Aueski xəstəliyi, Bolqarıstan Respublikasının Haskovo, Rumıniya Respublikasının Timiș, Slovakiya Respublikasının Bratislava inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının İvanovo vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Fransa Respublikasının Overn-Rona-Alplar regionundan diri donuzların və donuz mənşəli məhsulların, habelə Bolqarıstan Respublikasının Haskovo, Rumıniya Respublikasının Timiș, Slovakiya Respublikasının Bratislava inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasından, Fransa, Bolqarıstan, Rumıniya, Slovakiya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yoluxma sayı azalır

17

May
16:30
ÖLKƏ
246

DİN polis atasının iddialarına cavab verdi

17

May
15:13
HÜQUQ,HADİSƏ
232

"BACI DÖVLƏTLƏR" ÖZ AMPULASINDA

17

May
13:08
MÜNASİBƏT
333

Bakıda bir marşrutda gediş haqqı endirildi

17

May
10:38
İQTİSADİYYAT
373

18 minə yaxın şagird imtahan verəcək

17

May
10:25
ELM / TƏHSİL
397
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-05-2021 03:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru