Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Noyabr

2019
09:43
Böyük Britaniyada erməni təxribatının qarşısı alınıb

Böyük Britaniyanın Koventri Universitetində “Study Inn Limited” şirkətinin “Burges House” adlı yataqxana binasının girişindəki dünya ölkələrinin bayraqlarından ibarət böyük stenddə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma qurumun bayrağının da şəklinin daxil edildiyi azərbaycanlı tələbələr tərəfindən müəyyənləşdirilib.

FaktXəbər-in AZƏRTAC-a istinadən məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin “Study Inn Limited” şirkəti ilə apardığı ardıcıl iş nəticəsində şirkət qeyd olunan stenddən qondarma separatçı rejimin “bayrağını” çıxarmağa razılıq verib. Şirkət tərəfindən “Burges House” binasının girişindəki stenddən qondarma rejimin “bayrağı” çıxarılıb və stend yenisi ilə əvəz edilib. “Study Inn Limited” şirkəti baş verən anlaşmazlığa görə Azərbaycan tərəfinə üzrxahlığını bildirib.

Məqalədə : erməni təxribatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
221

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
251

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
374
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 05:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru