Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2020
13:46
BVF Azərbaycana missiya göndərəcək

Azərbaycan iqtisadiyyatındakı son prosesləri müzakirə etmək üçün Beynəlxalq Valyuta Fondunun (BVF) ölkədəki missiya rəhbəri Natalia Tamirisanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 21-28-də Bakıda səfərdə olacaq.

Bu barədə BVF-nin Azərbaycandakı ofisinin rəhbəri Ağgün Qədirli bildirib.

Xatırladaq ki, 2019-cu ildə ölkədə 2 faizdən artıq, yəni son beş ilin ən yüksək iqtisadi artım baş verib. Strateji yol xəritələrinə əsasən, 2020-ci ildə 3 faiz səviyyəsində hədəflənən iqtisadi artımın 2021-ci ildə 3,7 faiz nəzərdə tutulur ki, bu da xeyli dərəcədə təbii qaz hasilatın artırılması hesabına əldə edilməlidir. Həmçinin 2022-ci ildə 3,1 faiz, 2023-cü ildə 3,2 faiz iqtisadi artım gözlənilir. 

Prezident İlham Əliyev ilin yekunlarına dair jurnalistlərlə söhbəti zamanı deyib: "Bütövlükdə iqtisadi sahədə 2019-cu il uğurlu olubdur və onu da bildirməliyəm ki, aparılan islahatlar, o cümlədən şəffaflıq sahəsində aparılan islahatlar bizə əlavə gəlir gətirdi. Beləliklə, vergi və gömrük orqanları bu il plandan əlavə xəzinəyə 1 milyard manat vəsait köçürdülər. Yəni sırf şəffaflıq, dürüstlük, düzgün hesabatın aparılması və bu sahədə, inzibatçılıq sahəsində aparılan islahatlar sayəsində biz 1 milyard əlavə vəsait əldə etdik. Bu vəsaiti biz əlbəttə ki, sosial layihələrə yönəltdik".

2019-cu ilin yanvar ayından Beynəlxalq Valyuta Fondunun Azərbaycan missiyasının rəhbəri kimi fəaliyyət göstərən Natalia Tamirisa həmçinin BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentində müşavirdir.(report)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42928

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41247

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42796

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42311

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47808

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42259

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42628
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2020 18:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru