Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
09:23
Bu yol da yenidən qurulur - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla davam etdirilir.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən FaktXəbər-ə verilən məlumata görə, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun uzunluğu 60 km-dir. Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun II texniki dərəcəyə təkmilləşdirilməsi işləri aparılır. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 60 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur ki, bu çərçivədə işlər aparılır. Körpülər yolun 1.8-ci km-də Qızıl arx kanalı, 3.1-ci km-də Əzizbəyov kanalı və 38.8-ci km-də inşa edilir. Müvafiq olaraq körpülərin uzunluqları 29 və 37 metr təşkil edəcək. Yol üzərində yerləşən 1 avtomobil körpüsünün isə təmir olunaraq gücləndirilməsi nəzərdə tutulur.

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu respublikamızın regionları, o cümlədən İmişli və Bİləsuvar rayonları arasında iqtisadi əlaqələrin, həmçinin kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir avtomobil yolu olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.

Məqalədə : yol 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Putin baş prokuroru istefaya göndərib

20

Yanvar
15:09
DÜNYA
218

"Qoca"nın qardaşı həbs edilib - FOTO

20

Yanvar
14:45
HÜQUQ,HADİSƏ
2383

Bu gün Dünya İqtisadi Forumu başlayır

20

Yanvar
13:20
DÜNYA
203

Sabaha olan hava proqnozu açıqlanıb

20

Yanvar
12:50
ÖLKƏ
225

Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

20

Yanvar
10:27
HÜQUQ,HADİSƏ
333

Hesabatlar bu gündən təqdim edilməlidir

20

Yanvar
10:16
SİYASƏT
318

Bakı-Quba yolunda zəncirvari qəza baş verib

20

Yanvar
08:56
HÜQUQ,HADİSƏ
327
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2020 20:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru