Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2020
13:00
Bu yaşayış massivinə təbii qaz verildi

Yanvarın 31-də Sabunçu rayonu keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədəki yeni massivə təbii qazın verilişi təmin olunub.

"Azərqaz" İB-dən verilən məlumata görə, 281 fərdi yaşayış evindən ibarət həmin ərazinin qazlaşdırılması üçün uzunluğu 11 652 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması işləri icra olunur. Həmin proqramda qazlaşdırılması nəzərdə tutulan 22 yeni yaşayış massivindən artıq 18-də qaz açılışları baş tutub, digərlərinə isə mavi yanacağın verilişi yaxın aylarda təmin olunacaq.

Məqalədə : təbii qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
553

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
447

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
688

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
533

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 20:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru