Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Fevral

2020
11:31
Bu texnika üçün Səudiyyə Ərəbistanı Kanadaya 665 milyon dollar ödəyib

Səudiyyə Ərəbistanı Kanadadan alınan "Light Armoured Vehicles" (LAV) yüngül silahlı hərbi maşınlar üçün bu ölkəyə 665 milyon dollar ödədiyi açıqlanıb.

Silah istehsalçısı "General Dynamics" şirkətinin vitse-prezidenti və maliyyə direktoru Ceyson Ayken bu ödənişin ötən ay həyata keçirildiyini deyib.

Ayken yeni ödəmə planına uyğun olaraq, gecikdirilmiş 3,4 milyard dollarlıq ödənişin 2021-ci ilə qədər tamamlanacağını və hər bir ödənişdən sonra müqaviləyə əsasən hərbi nəqliyyat vasitələri və materialları çatdırmağa davam edəcəklərini bildirib.

Qeyd edək ki, sözügedən hərbi maşınlar barədə 15 milyard dollarlıq müqaviləni 2014-cü ildə Kanadanın  baş naziri Stiven Cozef Harper təsdiq edib.

Xalqa açıq elan edilmiş 928 nəqliyyat vasitəsinin satış siyahısında bu nəqliyyat vasitələrinin yalnız 354-ü standart hərbi heyət daşıyıcısı, 119-nun ağır hücum tipli LAV-6 şəklində istehsal olunduğu və bu modellərin qüllələrinə güclü 105 millimetrlik silah yerləşdirildiyi açıqlanıb.

2015-ci ildə Kanadada hakimiyyətə gələn Castin Trudeau hökuməti sözügedən maşınların Səudiyyəyə satışını dayandırmışdı, lakin sonradan yenidən müqavilə təsdiqlənmişdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60602

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58356

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
59693

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65273

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59471

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59673
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-01-2021 03:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru