Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2020
10:02
Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə - Dəyişikliklər var

Pensiyaçılara xidmətin keyfiyyətinin artırılması və idarəçiliyin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturunda növbəti dəyişiklik edilib.

Nazirlikdən verilən məlumata görə, dəyişikliklə bağlı olaraq, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə əmək şəraitinə görə güzəştli qaydada pensiya təyin edilmiş və əmək pensiyasına qulluq stajına görə əlavələr müəyyən olunmaqla pensiya təyin edilmiş şəxslərin (dövlət qulluqçuları, xüsusi rütbəli şəxslər və b.) pensiya işləri DSMF-in həmin rayonlar üzrə şöbələrindən Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilib. Bununla əlaqədar həmin şəxslərə pensiyalarının da 2020-ci ilin iyun ayından etibarən hər ayın 14-16-sı aralığında ödənilməsi təmin olunacaq.

Eyni zamanda, Nəsimi, Nizami və Suraxanı rayonları üzrə qeyd edilən pensiyaçılar (güzəştli və xüsusi şərtlərlə pensiya təyin olunmuş şəxslər), habelə xüsusi və güzəştli şərtlərlə pensiya təyin olunacaq şəxslər əlavə sualları olduğu təqdirdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə aşağıdakı telefonlardan hər hansı biri vasitəsilə müraciət edə bilərlər: (012) 563-55-46; (012) 563-55-47

Məqalədə : güzəştli pensiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47151

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45365

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46935

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46550

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52111

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46235

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46703
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2020 13:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru