Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Fevral

2019
10:59
4492
Buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafiki müəyyən olunub

Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üzrə buraxılış imtahanlarının rayon və şəhərlər üzrə keçirilmə qrafikini açıqlayıb. 

DİM-in mətbuat xidmətindən verilən məlumata görə,  ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları aşağıdakı qrafikə uyğun keçiriləcək.

S/s    İmtahan keçiriləcək bölgələr
     Buraxılış imtahanlarının keçirilmə tarixləri 
 

 Ümumi orta təhsil səviyyəsi   üzrə (1-ci mərhələ)    

 Ümumi orta təhsil səviyyəsi   üzrə (2-ci mərhələ)    

 Tam (11 illik) orta   təhsil səviyyəsi üzrə
 1   Bakı (Nərimanov, Səbail, Yasamal, Nəsimi,   Nizami, Binəqədi, 
 Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ,   Pirallahı), Naxçıvan MR, Şirvan
 03 mart 2019 
 
 02 iyun 2019  07 aprel 2019 
 
 2  Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux,   Naftalan, Goranboy, 
 Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, 
 Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı,   Kürdəmir, Ağdam, 
 Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı,   Sabirabad, Xaçmaz, Şabran
 10 mart 2019 
 
 09 iyun 2019  14 aprel 2019 
 
 3  Mingəçevir, Şəmkir, Gədəbəy, Ağstafa,   Qazax, Tovuz, Balakən,
 Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı,   Lerik, Göyçay, Ağdaş, 
 Ucar, İsmayıllı, Qobustan, Ağcabədi,   Xocavənd, Füzuli, Beyləqan,
 Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba,   Siyəzən, Xızı
 17 mart 2019 
 
 16 iyun 2019  21 aprel 2019 
 

Mərkəzdən bildirilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər. Bundan başqa, C.Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

DİM-in məlumatına görə, tədrisi ingilis və fransız dilində olan məktəblərdə təhsilalanlar müvafiq siniflər üzrə 3-cü imtahan günündə imtahan verəcəklər.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : imtahan 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-03-2019 03:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com