Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Sentyabr

2021
12:28
Bu il ərzində uşaqlar arasında ən çox qoyulan adlar Əli və Zəhra olub

Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub. Cari ildə uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edirik.

Belə ki, ötən müddət ərzində oğlan uşaqları arasında ən çox qoyulan ad Əli olub. İl ərzində bu ad 948 uşağa verilib. Beləliklə, yanvar-avqust aylarında Əli adı uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən oğlan cinsindən olanlardan 924 uşağa Yusif, 891 uşağa Uğur, 894 uşağa Hüseyn, 651 uşağa Məhəmməd, 570 uşağa Ömər, 519 uşağa Murad, 422 uşağa Raul, 408 uşağa Ayxan və 406 uşağa isə Tunar adı verilib.

Məlumat üçün bildirək ki, bu ilin dörd ayında Əli adı 427, Yusif adı 406, Uğur adı 399, Hüseyn adı 393, Məhəmməd adı 280, Ömər adı 262, Murad adı 247, Raul adı 188, Ayxan adı 184 və Tunar adı isə 178 uşağa verilmişdi.

Həmçinin car ildə qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Bu il ərzində bu ad 1010 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 778 uşağa Zeynəb, 772 uşağa Məryəm, 720 uşağa Aylin, 695 uşağa Fatimə, 688 uşağa Mələk, 581 uşağa Nilay, 558 uşağa Nuray, 506 uşağa İnci və 436 uşağa isə Mədinə adı qoyulub.

Qeyd edək ki, bu ilin dörd ayında Zəhra adı 466, Zeynəb adı 361, Aylin adı 336, Məryəm adı 326, Mələk adı 325, Fatimə adı 308, Nilay adı 275, Nuray adı 248, İnci adı 240 və Mədinə adı isə 211 uşağa verilmişdi.

Beləliklə, bu il ərzində uşaqlar arasında ən çox qoyulan adlar Əli və Zəhra olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırılıb

21

Sentyabr
14:00
İQTİSADİYYAT
270

DYP sürücü valideynlərə müraciət edib

21

Sentyabr
13:37
NƏQLİYYAT
306

ABŞ və Britaniya İrana çağırış etdi

21

Sentyabr
12:51
DÜNYA
316

İran ABŞ-a çağırış etdi

21

Sentyabr
12:20
DÜNYA
337
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2021 08:28





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru