Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyun

2020
09:16
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçiriləcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçiriləcək. Deputatlar bu gün üç mühüm məsələ üçün toplaşır

Bunlar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdən biri koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələrlə bağlıdır.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

Məqalədə : Milli Məclis plenar iclas 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7456

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6279

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7856

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7779

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11192

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-07-2020 09:11





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru