Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Sentyabr

2019
11:03
Bu gün maqnit qasırğası davam edəcək

Avqustun 28-də əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi və nəticədə yüksək sürətli axınların geoeffektivliyi səbəbindən Günəş küləyi parametrlərində kəskin artma müşahidə olunub.

Bu barədə Faktxeber.com-a Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. 

Qeyd olunub ki, Günəş küləyinin sürəti 600 - 775 km/san intervalında dəyişib. Geomaqnit sahə son 24 saat ərzində G2 səviyyəli maqnit qasırğasının təsiri altında həyəcanlanmış halda olub (Kp=6).

Proqnoz dövründə (2-4 sentyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Bu gün Günəş küləyinin sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (3, 4 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.

Bu gün G1 səviyyəli (Kp=5) maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (3, 4 sentyabr)  nisbətən sabit şərait (Kp=3, 4) müşahidə olunacaq. 

Qeyd edək ki, geomaqnit sahənin belə aktivlik şəraiti enerji sistemində və peyk yayınlarında, radiorabitədə kiçik mənfi effektlərə səbəb olur. Təbii ki, sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir. Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatçılıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyat meydana gətirə bilər. Məsləhət görülür ki, belə günlərdə birbaşa Günəş şüaları altında çox qalmayasınız, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək lazımdır, həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

Məqalədə : maqnit qasırğası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15582

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
14262

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15686

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15274

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20647

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
15164

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15314
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 15:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru