Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
09:43
309
Bu gün dörd rayonda qaz təchizatı dayandırılıb

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarında təbii qazın təchizatı dayandırılıb.

Bu barədə Faktxeber.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Beklə ki, bu gün səhər saat 09:00-dan etibarən işlər başa çatanadək SOCAR-ın “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.

Bundan başqa, bu gün səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.

Məqalədə : qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1058

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
63

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
89

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
309

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
345
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 20:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru