Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Avqust

2021
09:15
Bu gündən sosial xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək

Bu gündən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduğu halda həyata keçiriləcək.

Nazirlikdən APA-ya verilən məlumata görə, vətəndaşların ƏƏSMN-nin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Yeni növ koronavirus pandemiyası davam etdiyi şəraitdə özümüzü və yaxınlarımızı bu təhlükədən qorumaq hər birimizin borcudur. Bunun üçün hazırda etməli olduğumuz ən vacib iş - peyvənd olunmaqdır.

Azərbaycanda koronavirus pandemiyasının qarşısının alınması, əhalinin sağlamlığının COVID-19-dan qorunması üçün vaksinasiya prosesi uğurla davam etdirilir. Hər birimiz bu vaksinasiya prosesində aktiv iştirak etməklə ilk növbədə özümüzün və yaxınlarımızın həyatının infeksiya təhlükəsindən qorunmasına çalışmalı, eyni zamanda, dövlətimizin yeni növ koronavirusa qarşı mübarizə tədbirlərinə öz töhfəmizi verməliyik.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əl-Husi BMT-nin baş katibini tənqid etdi

20

Sentyabr
16:41
DÜNYA
207

“Zəfər tarixi” dərsliyi çap olunub

20

Sentyabr
16:39
ELM / TƏHSİL
215

Azərbaycan XİN Rusiyaya başsağlığı verib

20

Sentyabr
15:09
SİYASƏT
197

Ərdoğan Rusiyaya gedir

20

Sentyabr
14:42
DÜNYA
215

General Bakı merinin müşaviri oldu

20

Sentyabr
14:26
ÖLKƏ
235

İran HHQ-yə yeni komandan təyin edilib

20

Sentyabr
13:47
DÜNYA
218

Bəhreyndə İsa Qasimə böyük dəstək aksiyası keçirilib

20

Sentyabr
13:23
BÖLMƏNİ DÜZ SEÇ!
212

Sabahın hava proqnozu açıqlanıb

20

Sentyabr
12:35
ÖLKƏ
183

Bakıda 15 məktəbə yeni direktor təyin olunub

20

Sentyabr
11:09
ELM / TƏHSİL
305
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2021 06:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru