Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Sentyabr

2019
10:11
502
Bu gənc müəllim işləmək üçün Cocuq Mərcanlını seçib - FOTO

Sərhəd zonasında dərsə gedən şagirdlərin təhsilinə kömək etməyi özümə borc bildim. 

Bunu açıqlamasında bu il Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd N.Aslanov adına tam orta məktəbə yüksək balla işə qəbul olunan Könül Hacıyeva bildirib. 

Qəbələnin Tüntül kənd sakini olan gənc müəllim imtahan zamanı müsabiqədə 50 bal toplayıb və Cocuq Mərcanlıya dərs deməyə gəlib. 

K.Hacıyevanın sözlərinə görə, o, sərhəd zonasındakı uşaqlara kömək etməyi özünə borc bilib:

“Mən imtahan verən zaman topladığım balla Şamaxı, Lənkəran, Şirvan və digər rayonlarda müəllim işləyə bilərdim. Növbəti tura qatılsaydım, Bakıda da dərs demək şansım olardı. Amma qərar verdim ki, işğaldan azad olunan Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində məktəbə gedən uşaqlara dərs deyim. Fikirləşdim ki, orada uşaqların daha çox müəllimə ehtiyacı var.

Mən o vaxt universitetə hazırlaşanda repetitor yanına getmək imkanım olmayıb. Özümün müəllimə, dəstəyə ehtiyacım olub. Ona görə öz yaşadıqlarımı nəzərə alıb, buraya gəldim. Burada müəllimlərə ehtiyac var və mən öz borcumu yerinə yetirirəm”. 

Gənc müəllim deyir ki, Cocuq Mərcanlı kəndi sərhəd zonası olsa da, orada əhval-ruhiyyə yaxşıdır:

“İbtidai sinif müəllimiyəm. Burada şəraiti yaxşıdır. Məktəb rəhbərliyi də xoş münasibət göstərir. Sinfimdə 12 şagird var. Şagirdlərimə iradəli olmağı öyrədirəm. Çünki mümkün olmayan heç nə yoxdur. Hər şey insanın öz əlindədir.

İmtahana gedəndə hamı mənə deyirdi ki, repetitor yanına getmədən mümkün deyil, amma mən sübut etdim ki, hər şey mümkündür. Seçimimdən peşman deyiləm.

İşğal altında olan rayonlarımızın geri qaytarılmasını arzulayır. Gedib o ərazilərdə də dərs deyərəm”.

Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış mümkün olub.(Oxu.az)

Məqalədə : gənc müəllim 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1150

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
69

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
92

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
319

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
355
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 04:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru