Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Noyabr

2019
08:54
Bu gün AVRO-2020-nin əsas mərhələsinin püşkatması olacaq

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının püşkü atılacaq.

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Püşkatma nəticəsində Bakıya gələcək milli komandaların da adları bəlli olacaq. Turnirdə iştirak edən 24 komanda 4 səbətə bölünüb. AVRO-2020-yə seçmə mərhələdən çıxanlar səbəbtlərdən ilk üçündə, Millətlər Liqası vasitəsilə vəsiqə qazanacaq komandalar dördüncüsündə olacaq.

Rusiya və Danimarka milliləri turnirin ev sahibləri kimi avtomatik olaraq B qrupunda yer alıblar. Final mərhələsinin püşkatma səbətlərinin tərkibi təsnifat mərhələsinin yekunlarına əsasən komandaların reytinqi əsasında müəyyənləşib.

Seçmə mərhələnin bütün oyunlarında qələbə qazanmış Belçika və İtaliya milliləri İngiltərə, İspaniya, Ukrayna və Almaniya komandaları ilə birlikdə birinci səbətdə yer alıblar. İtaliya, İngiltərə, İspaniya və Rusiya Avropa çempionatının ev sahibləridir. Rusiya və Ukrayna milliləri püşkatma zamanı ayrı-ayrı qruplara salınacaq. Beləliklə, Belçika avtomatik olaraq Rusiya millisi ilə eyni qrupa düşəcək.

İkinci səbətdə Rusiya millisi ilə bərabər, Fransa, Polşa, İsveçrə, Xorvatiya və Niderland qərarlaşıb. Üçüncü səbətə Danimarka, Portuqaliya, Türkiyə, Avstriya, İsveç və Çexiya daxil ediib. Dördüncü səbətdə Uels və Finlandiya yığmaları, habelə Millətlər Liqasının təmsilçiləri arasında pley-offun dörd qalibi yer alacaq.

Final mərhələsinə çıxa bilən AVRO-2020-nin meydan sahibləri olan millilər öz meydanlarında ən azı iki oyun keçirmək üçün müvafiq qruplara düşəcəklər.

Səbətlərin tərkibi:

1-ci səbət: Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna

2-ci səbət: Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya

3-cü səbət: Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya

4-cü səbət: Uels, Finlandiya, Millətlər Liqasından gələcək 4 komanda (A,B,C və D liqalarının qalibi)

A qrupu: İtaliya (ev sahibi)

B qrupu: Rusiya (ev sahibi), Danimarka (ev sahibi), Belçika

C qrupu: Niderland, Ukrayna, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə (ev sahibi), C Liqasının qalibi

E qrupu: İspaniya (ev sahibi), B Liqasının qalibi

F qrupu: Almaniya (ev sahibi), A və ya D Liqasının qalibi

Xatırladaq ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.A

Məqalədə : AVRO-2020 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
261

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
276

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
435

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
316

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
254

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
6676
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-12-2019 22:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru